Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib
Tarix: 06-12-2019 13:37 | Bölmə: Siyasət
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib

Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib.

İclas Türkmənistanın sədrliyi ilə keçirilib.

Tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov, həmçinin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu təmsil edib.

Gündəlikdə MDB ölkələri arasında iqtisadi sahədə qarşılıqlı əlaqələrin geniş spektri olub. Müzakirələrin əsas mövzusu 2030-cu ilədək olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyası layihəsi olub. Onun həyata keçirilməsi Birlik ölkələrinin iqtisadiyyatlarının rəqabət qabiliyyətini, vətəndaşların rifah halını artırmağa və dünya iqtisadi münasibətlərindəki mövqeyini möhkəmləndirməyə imkan yaradacaq.

İclasda həmçinin bir sıra digər maliyyə və təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, MDB İqtisadi Şurasının tərkibinə MDB üzvü olan ölkələrin hökumət başçılarının iqtisadiyyatdan məsul olan müavinləri daxildir. İclaslar rübdə bir dəfə keçirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər