00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Azərbaycan BMT-yə müraciət edib - Foto
Tarix: 08-12-2019 14:39 | Bölmə: Siyasət

Dekabrın 9-da BMT-nin mənzil-qərargahında Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın qəbul edilməsinin 71-ci ildönümü, həmçinin Beynəlxalq soyqırımı cinayəti qurbanlarının xatirəsinə ehtiram və bu cinayətin qarşısının alınması günü ilə əlaqədar tədbirlər keçiriləcək.
Bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Baş katibi Antonio Quterreşə rəsmi məktub ünvanlayıb.
Y. Əliyev A. Quterreşə müraciətində yazır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən və BMT-yə daxil olandan sonra onun qoşulduğu ilk beynəlxalq müqavilələrdən biri Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyadır.
Reyting.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, Y. Əliyev müraciətində qeyd edib ki, adıçəkilən Konvensiyanın hamılıqla ratifikasiya edilməsi beynəlxalq birliyin soyqırımı cinayətinin kökünün kəsilməsinə hamının tərəfdar olmasını göstərən mühüm addım olar. Müraciətdə əhalinin soyqırımıdan, hərbi cinayətlərdən, etnik təmizləmədən və insanlıq əleyhinə cinayətlərdən qorunması üzrə milli və beynəlxalq səylərin təbliğində soyqırımının qarşısının alınması və "müdafiəyə görə məsuliyyət" konsepsiyası üzrə BMT mandatının əhəmiyyəti vurğulanır.

Y. Əliyev
Y. Əliyev daha sonra müraciətində yazır:
“Azərbaycan soyqırımın dəhşətli bəla olmasını öz təcrübəsinə əsasən bilir. Hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Həmin gün 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olmuş minlərlə dinc azərbaycanlının xatirəsi ehtiramla yad edilir.
1980-ci illərin axırlarında Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibədə beynəlxalq humanitar hüququn hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və soyqırımı aktlarına bərabər tutulan ciddi pozuntularına yol verilib. Bu gün də davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlərin, qəsəbələrin və kəndlərin dağılmasına gətirib çıxarıb; minlərlə insan itkin düşüb; Azərbaycanın işğal edilmiş bütün ərazilərində 1 milyondan çox azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb.
Bu münaqişənin mövcud olduğu bütün dövr ərzində ən kütləvi qətllər 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilib. Erməni silahlı qüvvələrinin hücumu və şəhəri işğal etməsi nəticəsində yüzlərlə azərbaycanlı sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürülüb, yaralanıb və ya girov götürülüb, şəhər isə viran edilib. Xocalıda törədilmiş qəddarlığın dərəcəsi insanı şoka salır: altı ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib; 56 kişi diri-diri yandırılıb, onların başının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, digər işgəncələrə məruz qalıblar; hamilə qadınların qarnı avtomat süngüləri ilə deşilib”.
Azərbaycanlı diplomat vurğulayır ki, beynəlxalq birlik Xocalıda və Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərində baş vermiş hadisələr barədə düşünməlidir. Azərbaycana qarşı təcavüzün gedişində törədilmiş dəhşətli cinayətlərə görə Yerevanın məsuliyyət daşımasını inadkarlıqla inkar etməsi beynəlxalq hüquqa və insan hüquqlarına meydan oxumaq, möhkəm sülhə və həqiqi barışığa doğru aparan yolda birbaşa maneədir:
“Bu illər ərzində institusional fəaliyyətlə yanaşı, beynəlxalq norma və standartlar da xeyli inkişaf edib. Buna baxmayaraq, mülki şəxslər silahlı münaqişə nəticəsində hələ də zərər çəkməkdə davam edirlər. Cəzasızlığa qarşı səmərəli mübarizə üçün zəruri olan digər mühüm tədbirlər sırasında bunu da yəqin etmək vacibdir ki, sülhün bərqərar olmasına yönəlmiş səylər və preventiv diplomatiya cinayətə görə cavabdehliyin təmin edilməsinə şərait yaradır və heç bir halda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və etnik təmizləmələr kimi beynəlxalq hüququn çox kobud şəkildə pozulması, qanunsuz olaraq qüvvə tətbiq edilməsi nəticəsində yaranan şəraitin saxlanmasına imkan vermir.
Bundan əlavə, xüsusi qeyd etmək lazımdır ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya İkinci Dünya müharibəsi zamanı mülki əhaliyə qarşı geniş yayılmış vəhşicəsinə cinayətlərə cavab olaraq qəbul edilib. Buna baxmayaraq, bəzi ölkələrdə, o cümlədən özlərini insan haqlarının müdafiəsinin və soyqırımın qarşısının alınması proqramının qızğın tərəfdarları kimi təqdim etməyə çalışan ölkələrdə nasistlərin və onların əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi hallarına hələ də rast gəlinir. Bu cür həyasızcasına riyakarlıq qəbuledilməzdir və İkinci Dünya müharibəsi dövründə istibdaddan və müstəmləkəçilikdən azad olmaq uğrunda bütün dünyada canlarından keçmiş milyonlarla insanın xatirəsinə dərin hörmətsizlik əlamətidir”.
Y. Əliyev sonda həmin məktubun gündəliyin 31, 32, 37, 68, 75, 83 və 130-cu bəndləri üzrə Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılmasını xahiş edir.
Xatırladaq ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) qətnaməsi ilə Parisdə qəbul edilib. 1951-ci il yanvarın 12-də qüvvəyə minmiş bu Konvensiya "soyqırımı" anlayışının insanlığa qarşı ən ağır cinayət kimi beynəlxalq hüquqi statusunu müəyyən edir və onu hüquqi tərifini verir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər