Azərbaycan XİN başçısı Latviyaya rəsmi səfər edəcək
Tarix: 10-12-2019 17:17 | Bölmə: Siyasət
Azərbaycan XİN başçısı Latviyaya rəsmi səfər edəcək

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək.

Səfər zamanı o, Latviyanın prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər