Sabir Rüstəmxanlı: "İnsan haqları deyən dünya, gözün niyə tutulub?"
Tarix: 11-12-2019 19:14 | Bölmə: Siyasət
Sabir Rüstəmxanlı: "İnsan haqları deyən dünya, gözün niyə tutulub?"

"Kərkükdən gələn hər telefon zəngi, hər xəbər məni həm sevindirir, həm də diksinirəm, urəyim sızıldayır, İraq türkmanlarının "kavum, kardaş, neredesen?" harayı yenidən dünyamı qaraldır" .

Reyting.az
xəbər verir ki, bu sözləri VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb.

Xalq şairi qeyd edib ki, ötən gün kərküklü qəzetçi-yazar Felah Yazaroğlu zəng vurmuşdu: "Bakıya gəlməsindən və kənarda olduğuma görə mənimlə görüşə bilmədiyindən, İraqdakı durumdan danışdı. "Dostlara, tanışlara salam de!" dedi.

Hər bir kərküklünün dostu, tanışı bütün Azərbaycan türkləri, Azərbaycan xalqıdır. Salamı çatdırmaq borcumdur.

Burda sözümü bitirməliydim, ancaq dünən Felah Yazaroğlunun İnsan Haqları Günü haqqında bir yazısını oxuyandan sonra gördüm ki, telefonda nə qədər sakit danışsa da ürəyində qasırğalar dolaşır. İnsan haqları deyən dünya, gözün niyə tutulub? İraq, Suriya türkmanlarını, Ermənistanın Qarabağı işğalını və qaçqınların faciəsini, Çində uyğurlara yapılan soyqırımı niyə görmürsən? Hanı sənin haqqın?

Bu ədalətsizliklərdən bir həqiqət doğulur: haqqı səsləməklə gəlməz, azadlığı kimsə pay verməz! Hər xalq öz haqqını özü qazanmalıdır! Başqa yol yoxdur. Azadlıq verilmir, alınır! Torpaq qaytarılmır, azad edilir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər