ABŞ Senatı saxta erməni soyqırımını tanıdı - Qətnamə
Tarix: 13-12-2019 08:32 | Bölmə: Siyasət
ABŞ Senatı saxta erməni soyqırımını tanıdı

ABŞ Senatı saxta erməni soyqırımının tanınması barədə qətnamə qəbul edib.

Reyting.az
bildirir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar.

Məlumata görə, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim edib.

Qeyd edək ki, buna qədər "erməni soyqırımı"nın müzakirəsinə 3 dəfə veto qoyulmuşdu.

Türkiyə KİV-ləri isə bildirir ki, dördüncü dəfə səsə qoyulan qanun layihəsi yekdilliklə qəbul olunub.

Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.

Nyu-Cersi senatoru Bob Menendez özünün Twitter hesabında yazıb ki, erməni soyqırımını tanımaq və anmaq qərarımız ABŞ Senatından yeni keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər