Etibar Məmmədovun oğlu deputat olmaq istəyir? - Foto
Tarix: 13-12-2019 19:54 | Bölmə: Siyasət
Etibar Məmmədovun oğlu deputat olmaq istəyir?

AMİP lideri və partiyanın ilk sədri Etibar Məmmədovun oğlu Ayxan Məmmədov da parlament seçkilərində iştirak edəcək.

Reyting.az
-a bu barədə məlumat etibarlı qaynaqlardan daxil olub.

Hazırda AMİP-in qarşıdan gələn seçkilərdə hansı mövqe tutacaqğı dəqiq bilinmir. Bununla belə AMİP funksioneri Əli Orucov mətbuata bildirib ki, təmsil olunduğu partiya qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

Məlumat üçün bildirək ki, Ayxan Məmmədov ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində təhsil alır. Onun təhsilini başa vurub-vurmadığı tam aydın deyil.

Etibar Məmmədovun oğlu deputat olmaq istəyir?

Ancaq aydın olan budur ki, Ayxan Məmmədov 18 yaşından AMİP-in üzvüdür. Partiyaya üzv olduqdan 3 il sonra AMİP-in Gənclər Təşkilatının katibi seçilib. Son illər onun katib kimi fəaliyyət göstərib-göstərmədiyi məlum deyil.

Ötən il Ayxan Məmmədovun ABŞ-a getdiyi haqda məlumatlar yayılsa da, hazırda onun AMİP-in Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevlə birlikdə Brüsseldə səfərdə olduğu deyilir.

Əgər partiya siyahı üzrə seçkilərdə iştirak edərsə, bu zaman partiyanın idarəçiliyində yer alan Ayxan Məmmədovun namizədliyinin irəli sürülməsi qeyri-adi hal kimi ortaya çıxmamalıdır.

Reyting.az məsələ ilə bağlı həm AMİP-in, həm də A. Məmmədovun fikirlərinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər