Ukrayna prezidenti Azərbaycana gəlir
Tarix: 16-12-2019 11:40 | Bölmə: Siyasət
Ukrayna prezidenti Azərbaycana gəlir

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək.

Ukraynanın Prezident Aparatından bildiriblər ki, səfər iki gün davam edəcək.

Səfər zamanı Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir neçə ikitərəfli sənədin imzalanacağı gözlənilir.

V. Zelenskinin səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcəyi planlaşdırılır.

Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər.

Həmçinin Bakıda V. Zelenski Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə görüşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}