8 partiyanın dövlət qeydiyyatı ləğv olundu - Seçkilərdə iştirak etmədikləri üçün - Siyahı
Tarix: 17-12-2019 12:56 | Bölmə: Siyasət
8 partiyanın dövlət qeydiyyatı ləğv olundu - Seçkilərdə iştirak etmədikləri üçün

Rusiya Ədliyyə Nazirliyi seçkilərdə iştirak etmədiyi üçün 8 partiyanın dövlət qeydiyyatını ləğv edib.

Məlumatı RİA “Novosti” yayıb.

Qeydiyyatı ləğv edilən siyasi təşkilatlar bunlardır: Qadınlar Rusiya Uğrunda, Yaşıllar Birliyi, Şəhərlilər İttifaqı, Rusiya Xalq Partiyası, Rusiya Sosial-Demokrat Partiyası, Rusiya Pensiyaçılar Partiyası, Rusiya Şəhəri və Rusiya Aqrar Partiyası.

Məhkəmə daha 3 siyasi partiyanın - Xalq Alyansı Partiyası, Monarxiya Partiyası və Doğru İnsan Ümumrusiya Partiyasının dövlət qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Amma həmin qərar hələlik qüvvəyə minməyib. Bu istiqamətdə araşdırmaların davam etdiriləcəyi bildirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər