Seçkiyə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər? - Ekspert rəyi
Tarix: 17-12-2019 15:24 | Bölmə: Siyasət
Seçkiyə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər?

Xəbər verdiyimiz kimi, 2019-cu ildə Rusiya Federasiyasının Ali Məhkəməsi 11 siyasi partiyanın qeydiyyatını ləğv edib.

Buna səbəb həmin partiyaların 7 ildir seçkilərə qatılmamasıdır. Partiyalardan 3-nün qeydiyyatının ləğvi ilə bağlı qərar hələ qüvvəyə minməyib.

Rusiya Ədliyyə Nazirliyi partiyalara mövcud nəzarət çərçivəsində onların "Siyasi partiyalar haqqında" qanunun tələblərinə uyğunluğunu təhlil edir. Təhlil, siyasi partiyaların dövlət qeydiyyatı tarixini nəzərə alaraq Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunan 7 il müddətində dövlət hakimiyyəti orqanlarına və yerli özünüidarəetmə orqanlarına seçkilərdə namizədliyini irəli sürmüş, qeydə alınmış namizədlər haqqında məlumatlar əsasında aparılır.

Ədliyyə Nazirliyi hansısa partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərinə uyğun olmadığı barədə məlumat aldıqdan sonra həmin təşkilatın qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya Federasiyası Ali Məhkəməsinə inzibati iddia ərizəsi göndərir.

Bəs oxşar addım Azərbaycanda da atıla bilərmi? Çünki, Azərbaycanda da siyasi partiyalar var ki, uzun illər boyü heç bir seçkidə iştirak etməyiblər.

Siyasi şərhçi Azər Rəşidoğlu mövzunu Yenisabah.az-a şərh edərkən bildirib ki, nəzəri baxımdan Azərbaycanda da belə proses baş verə bilər. “Lakin bu, çıxış yolu deyil. Sivil siyasi partiyalar sıradan çıxarsa, onun yerini radikal təşkilatlar tuta bilər. Hələ ki hədəfdə yalnız bir partiyanın - AXCP-nin qeydiyyatının ləğvi və bu adda başqa partiyanın qurulmasından söhbət gedir. Düşünürəm ki, bu, beynəlxalq təşkilatlar tərəfindən də qıcıqla qarşılana bilər”, -deyə siyası şərhçi vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər