Parlament seçkilərində rəsmən iştirak edən partiyaların sayı 11-ə çatıb
Tarix: 17-12-2019 16:56 | Bölmə: Siyasət
Parlament seçkilərində rəsmən iştirak edən partiyaların sayı 11-ə çatıb

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib.

Reyting.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O, deyib ki, həmin müraciət edən şəxslərinin 233 nəfərinin namizədliyi artıq təsdiq olunub.

İclasda o da aydın olub ki, parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

Belə ki, , MSK-nin bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}