Başqanlığa keçmiş namizəd partiya rəhbərliyinə səsləndi: “Müsavatı biabır edirsiniz"
Tarix: 18-12-2019 10:08 | Bölmə: Siyasət
Başqanlığa keçmiş namizəd partiya rəhbərliyinə səsləndi: “Müsavatı biabır edirsiniz"

“Müsavat Partiyasını 88 saylı seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Aqil Mahmudov ətrafında dünəndən gedən müzakirələri izləyirəm. Ona qarşı ittihamlara cavab olacaq alababat bir arqument görmədim. Adam 2005-ci ildə siyasi mövqeyinə görə həbs olunan Ruslan Bəşirliyə qarşı yalan ifadələr belə veribmiş”.

Reyting.az
-ın məlumatına görə, bunu Müsavat Partiyası başqanının keçmiş müşaviri Yadigar Sadıqlı özünün "Facebook" səhifəsində yazıb.

Y. Sadıqlı eyd edib ki, ən maraqlısı odur ki, Ruslan Bəşirlinin vəkili Müsavat Partiyasının indiki başqan müavini və Divan üzvü Osman Kazımov olub: “Yəni "bilməmişik", "xəbərimiz olmayıb" kimi arqumentlərə yer qalmır. Üstəlik, Osman Kazımov da indi Ruslan Bəşirliyə yazır ki, 2005-də olan şey 2019-da niyə yadına düşüb? Görəsən, bu hadisənin Aqil Mahmudov Müsavatdan namizəd olanda deyil, nə zaman xatırlanmalı idi?”

Y. Sadıqlı Müsavat Partiyasının rəhbərliyinə suallar da ünvanlayıb:

"Niyə axı, niyə? Hansı səbəb, hansı motiv sizi məcbur edir ki, belə bir adamı partiyaya qəbul edib, hələ namizədliyini irəli sürəsiniz? Ziyanı göz önündə olan bu addımın uduşu nədir?

Bilirəm, heç nəyə cavab verməyəcəksiniz. Əksinə, Arif Hacılı daxildə təbliğat aparacaq ki, Yadigar deputat olmaq üçün Müsavata (rəhbərliyə yox, Müsavata!) hücum edir. Bəlkə də İsa Qəmbər "mübarizə hakimiyyətlə Müsavat arasında gedir", - kimi növbəti aforizm də deyəcək. Amma bununla vəziyyət dəyişmir ey, Müsavatı günü-gündən biabır edirsiniz".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər