Oqtay Əsədov: "Çox vaxt ürəkdən keçənləri dillə ifadə etməkdə müəyyən çətin məqamlar yaranır"
Tarix: 18-12-2019 16:08 | Bölmə: Siyasət
Oqtay Əsədov: "Çox vaxt ürəkdən keçənləri dillə ifadə etməkdə müəyyən çətin məqamlar yaranır"

Parlament çərçivəsində əməkdaşlıq ölkələr arasında siyasi, ticari, iqtisadi və mədəni humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır”.

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov TÜRKPA-nın Bakı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artıb: “Parlament diplomatiyasının üstünlüyü bir sıra mətləbləri daha tez və anlaşıqlı şəkildə çatdırmağa qadir olub. Çox vaxt ürəkdən keçənləri dillə ifadə etməkdə müəyyən çətin məqamlar yaranır. Parlament diplomatiyası isə daha sadə və sərbəstdir. İnanıram ki, parlamentlərarası əməkdaşlıq bölgəmizdə mövcud olan münaqişələrin nizama salınmasına çox böyük kömək göstərir. Bunun üçün, ilk növbədə, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf etdirilməlidir”.

O.Əsədov bildirib ki, türkdilli dövlətlər coğrafi strateji baxımdan dünyanın çox önəmli bölgələrin birində yerləşir: “Təəssüf ki, uzun illərdən bəri közərən münaqişə ocaqları həm dövlətlər arasında iqtisadi əməkdaşlığa maneçilik törədir, həm də regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal edilib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər