Milli Məclisin deputatı reanimasiyaya yerləşdirilib
Tarix: 18-12-2019 17:48 | Bölmə: Siyasət
Milli Məclisin deputatı reanimasiyaya yerləşdirilib

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanaya yerləşdirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, deputat Araz Əlizadə bir neçə gün bundan öncə böyrək çatışmazlığından “Caspian International Hospital”a yerləşdirilib.

Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Məlumatı “Caspian International Hospital”dan da təsdiqləyiblər.

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}