Rusiya Paşinyanın Azərbaycanla bağlı müraciətinə “yox” dedi
Tarix: 19-12-2019 00:32 | Bölmə: Siyasət
Rusiya Paşinyanın Azərbaycanla bağlı müraciətinə “yox” dedi

Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlıqdan imtina etməsi Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir göstərər. Bu barədə çərşənbə günü Yerevanda RF Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycanla hərbi-texniki sahədə “müxtəlif şərtlərlə” əməkdaşlıq edir. Yerevan KTMT üzrə Rusiyanın tərəfdaşı və müttəfiqidir, bu, müdafiə ittifaqıdır. Rusiyanın Azərbaycan ilə belə münasibətləri yoxdur, buna görə də təchizat şərtləri fərqlidir.

Rusiya və Belarusun Azərbaycana silah satmaqdan imtina etməsi Azərbaycanın onu digər istehsalçılardan almasına səbəb olardı.

Rusiyadan tədarükə gəlincə, Moskva “qüvvələr balansını qoruyur ki, bu da hərbi əməliyyatların bərpa edilməməsinin qarantıdır”, - RİA-Novosti K. Kosaçevdən sitat gətirib.

Xatırladaq ki, bundan öncə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT ölkələrindən Azərbaycana silah satmamağı xahiş etmişdi.(Turan)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər