“Problemlərin həlli demokratikləşmədən keçir” - Sülhəddin Əkbər
Tarix: 19-12-2019 18:16 | Bölmə: Siyasət
“Problemlərin həlli demokratikləşmədən keçir”

“Çox təəssüf ki, Qarabağ probleminin həlli, yəni itirilmiş torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası 2019-cu ildə də baş vermədi”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Reyting.az-a açıqlamasında deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təminatı demokratiyadan keçir:“Azərbaycan demokratikləşmədən bu problemlərin həlli çətin görünür”.

Sülhəddin Əkbər qarşıdan gələn parlament seçkilərində iştirak etməmələri haqqında danışmaq istəməyib: “Partiya Məclisinin qərarında seçkilərdə iştirak etməməyimizin səbəbini əsaslandırılmış formada və geniş şəkildə izah etmişik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər