Deputatlığa namizədlər 4 KİV-də ödənişsiz təbliğ olunacaq
Tarix: 19-12-2019 20:01 | Bölmə: Siyasət
Deputatlığa namizədlər 4 KİV-də ödənişsiz təbliğ olunacaq

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bir neçə kütləvi informasiya vasitəsində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

MSK-nın məlumatına görə, bunlar aşağıdakılardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan” qəzeti;

- "Xalq qəzeti”;

- "Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər