MSK-da iclas: parlament seçkilərinə qatılan siyasi partiyaların sayı artdı
Tarix: 20-12-2019 16:33 | Bölmə: Siyasət
MSK-da iclas: parlament seçkilərinə qatılan siyasi partiyaların sayı artdı

Bu gün MSK-nın keçirilən iclasında daha 4 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Reyting.az
xəbər verir ki, iclasda Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri təsdiqlənib.

Bununla da Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər