Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ikinci dialoq keçirilib
Tarix: 20-12-2019 18:15 | Bölmə: Siyasət
Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ikinci dialoq keçirilib

Dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.

Reyting.az
ittifaqın Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, görüşdə qarşılıqlı maraq kəsb edən aktual siyasi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, görüşdə eyni zamanda, münaqişələrin həlli və böhranların nizamlanması, regional və beynəlxalq təhlükəsizlik üçün təhdidlər və problemlər, habelə praktik əməkdaşlıq imkanları müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}