Məmmədyarov sabah iki ölkənin naziri ilə müzakirə aparacaq - Foto
Tarix: 22-12-2019 10:56 | Bölmə: Siyasət
Məmmədyarov sabah iki ölkənin naziri ilə müzakirə aparacaq

Sabah Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.

Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə müxtəlif sahələr üzrə cari məsələlər müzakirə ediləcək.

Bildirilir ki, görüşdə əsas diqqət üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacaq.

Məmmədyarov sabah iki ölkənin naziri ilə müzakirə aparacaq

Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına başlaması ilə əlaqədar Ankaranın müraciəti əsasında təxirə salınmışdı.

XİN başçıları arasında bundan əvvəlki, sayca 7-ci üçtərəfli görüş isə 2018-ci ilin 29 oktyabrında İstanbulda keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər