MSK Mehman Hüseynovun paylaşdığı videogörüntüyə münasibət bildirib: “İşi polis araşdıracaq”
Tarix: 22-12-2019 18:14 | Bölmə: Siyasət
MSK Mehman Hüseynovun paylaşdığı videogörüntüyə münasibət bildirib: “İşi polis araşdıracaq”

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörüntüyə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.

Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər