YAP icra katibinin müavini: "Seçkilər normal şəraitdə keçir"
Tarix: 23-12-2019 11:32 | Bölmə: Siyasət
YAP icra katibinin müavini: "Seçkilər normal şəraitdə keçir"

"Seçkilər normal şəraitdə keçir. Mənim səs verdiyim məntəqədə vətəndaşlar gəlib səs verirlər".

Bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 4 saylı məntəqədə bələdiyyə seçkilərində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

"Səsvermə prosesində tam şəffaflıq və demokrarik mühit gözlənilir. Əminəm ki, seçkilər uğurla başa çatacaq, bu seçkilər Azərbaycanda bələdiyyələrin formalaşmasında öz rolunu oynayacaq və yeni seçilmiş bələdiyyələr də öz qarşılarında duran vəzifələri uğurla yerinə yetirəcəklər", - deyə M.Qurbanlı vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər