Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub
Tarix: 23-12-2019 12:41 | Bölmə: Siyasət
Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

Görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki üçtərəfli görüşü çərçivəsində baş tutub.

XİN başçıları Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr, əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bundan öncə D.Zalkaliani Türkiyənin xarici işlə naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}