Rövzət Qasımov: “Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi şikayət olmayıb”
Tarix: 23-12-2019 14:39 | Bölmə: Siyasət
Rövzət Qasımov: “Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi şikayət olmayıb”

“İndiyə qədər bələdiyyə seçkilərində səsvermə ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı bir rəsmi şikayət daxil olmayıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R. Qasımov bildirib ki, seçkilər rəvan şəkildə davam edir: “Hələ ki, narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. Qaynar xəttə müraciətlər daxil olur və bu müraciətlər də əsasən, namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir, suallar cavablandırılır və lazımi köməklik göstərilir”.

R. Qasımov bildirib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir: “Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam edir”.

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər