MSK Türkoba bələdiyyəsindəki qanunsuzluqla bağlı qərar verib
Tarix: 23-12-2019 19:38 | Bölmə: Siyasət
MSK Türkoba bələdiyyəsindəki qanunsuzluqla bağlı qərar verib

Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

Müraciət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsində Türkoba bələdiyyəsinə namizədlər Nofəl Cəfərov və Ələkbər Şükürov tərəfindən MSK-ya seçki zamanı 29 və 30 saylı seçki məntəqələrində Türkoba ərazi nümayəndəsinin müavini Əfqan İbrahimov və Leyla Əzizova tərəfindən topa bülletenlər atılması barədə müraciət daxil olub.

Müraciətdə bildirilib ki, icra nümayəndəsi və müavini namizədlərə hara istəyirlər şikayət etməyi, bunun mənasız olacağını söyləyiblər.

MSK müraciətin 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası müraciətə operativ qaydada baxmalıdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər