Pənah Hüseyn İqbal Ağazadə ilə Rauf Arifoğlunu barışdırmaq üçün vasitəçilik edib - Foto
Tarix: 24-12-2019 12:07 | Bölmə: Siyasət
Pənah Hüseyn İqbal Ağazadə ilə Rauf Arifoğlunu barışdırmaq üçün vasitəçilik edib

Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn parlament seçkilərində bir-birinə rəqib olacaq Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında vasitəçilik edərək onları bir araya gətirib.

Reyting.az
xatırladır ki, hər iki şəxs fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini 35 saylı seçki dairəsindən irəli sürüb.

Pənah Hüseyn İqbal Ağazadə ilə Rauf Arifoğlunu barışdırmaq üçün vasitəçilik edib

Bundan sonra İqbal Ağazadə ilə Rauf Arifoğlu arasında hiss ediləcək mübarizə başlanıb. Rauf Arifoğlu bu dairədən deputat olan Araz Əizadəyə qalib gələcəyini elan edib, bu zaman İqbal Ağazadə amilini tamamilə “unudub”. İ. Ağazadə isə dostunu bu dairədən namizəd olmasını görə tənqid edib. Beləcə, “türmə dostları” arasında amansız rəqabətin ilk rüşeymləri özünü göstərib.

Amma sabiq baş nazir araya girərək bu şəxslərin münasibətlərini düzəltməyə çalışıb.

P. Hüseyn bununla bağlı özünün Feysbuk profilində yazıb: “Bu gün təşəbbüsümlə 35-ci seçki dairəsindən namizədliklərini irəli sürmüş Rauf Arifoğlu və İqbal Ağazadə ilə bir araya gəldik. Sosial şəbəkələrdə, mediada baş verən qarşılıqlı ittiham, etik normaları pozan şərh və statusları, o cümlədən gələcək fəaliyyətdə münasibətləri müzakirə etdik.

Nəticədə qərara alındı ki, tərəfdarlardan xahiş və tələb edilsin ki, sosial şəbəkə və mediada, təbliğat kampaniyasında ləyaqəti alçaldan, etik normaları pozan, “qara piar” xarakterli hər hansı status, yazı, şərh və çıxışlara yol verməsinlər”.

P. Hüseyn qeyd edib ki, 35-ci dairədə seçki mübarizəsi yalnız sivil metodlardan istifadə edilməklə aparılacaqdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər