16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
MSK-da seçkilərlə əlaqədar müraciətlərə baxılıb
Tarix: 24-12-2019 19:35 | Bölmə: Siyasət
MSK-da seçkilərlə əlaqədar müraciətlərə baxılıb

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası təsdiq olunub.

Sonra dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, operativ şəkildə Komissiyanın iclasına çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərə dair cari məsələlərə də baxılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}