Qüdrət Həsənquliyev namizədliyini əvvəlki dairədən vermədi
Tarix: 24-12-2019 19:47 | Bölmə: Siyasət
Qüdrət Həsənquliyev namizədliyini əvvəlki dairədən vermədi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.

Q. Həsənquliyev Bakıdan - 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Partiya sədri məlumatı təsdiqləyib.

Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. O, bir neçə seçki məhz bu dairədən mandat alıb. S. Seyidovun Q. Həsənquliyevə rəqib olub-olmayacağı çox böyük ehtimalla sabah məlum olacaq. Hakim partiyanın öz namizədlər siyahısını məhz sabah açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Qüdər Həsənquliyev sonuncu seçkidə Naxçıvan Muxtar Respublikasından (NMR) - 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən millət vəkili seçilmişdi.(azpolitika.info)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər