Mərkəzi Seçki Komissiyası şikayətləri araşdırır - Məzahir Pənahov
Tarix: 26-12-2019 09:56 | Bölmə: Siyasət
Mərkəzi Seçki Komissiyası şikayətləri araşdırır

Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı seçki məntəqələrində baş verən hadisələrlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 25 müraciət daxil olub.

Reyting.az
xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

Sədr bildirib ki, MSK həmin müraciətlərdən 8-nə baxıb: “Səsvermə günü bizə bir müraciət daxil oldu, biz də kütləvi informasiya vasitələrinin iştirakı ilə o müraciətə baxdıq və müvafiq qərar verdik. Seçkilərin səhəri günü, yəni dekabrın 24-də yenə də bir müraciət daxil oldu və biz də bununla bağlı müvafiq qərar verdik”.

MSK sədri qeyd edib ki, daxil olan müraciətlər səsvermə günü məntəqələrdə bu və ya digər pozuntuların baş verməsi iddiası ilə əlaqədardır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər