Sabir Rüstəmxanlı Arif Rəhimzadə ilə mübarizə aparacaq
Tarix: 26-12-2019 10:58 | Bölmə: Siyasət
Sabir Rüstəmxanlı Arif Rəhimzadə ilə mübarizə aparacaq

Milli Məclisə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala Seçki Dairəsindən irəli sürülüb.

Bu barədə Reyting.az-a Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri Samir Əsədli məlumat verib.

Partiya rəsmisi əlavə edib ki, VHP Seçki Qərargahının üzvləri və səlahiyyətli nümayəndələr tərəfindən müvafiq sənədlər artıq Dairə Komissiyasına təqdim edilib.

S. Əsədli bildirib ki, VHP-nin Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb.

Yaxın günlərdə isə imzatoplama kampaniyasına başlanılacaq.

Qeyd edək ki, bundan əvvəl Sabir Rüstəmxanlı seçkilərə Xətai və ya Yardımlıdan qatıla biləcəyini bildirmişdi.

Xatırladaq ki, 61 saylı dairədən sonuncu dəfə Milli Məclisə Arif Rəhimzadə deputat seçilib və V çağırış parlament buraxıldıqdan sonra elan edib ki, namizədliyini yenidən irəli sürəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}