Ziya Məmmədovdan seçki açıqlaması: "Əgər belə fikirim olsaydı..."
Tarix: 26-12-2019 13:54 | Bölmə: Siyasət
Ziya Məmmədovdan seçki açıqlaması: "Əgər belə fikirim olsaydı..."

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. 


Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

Reyting.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib:

"Xeyr, yayılan xəbərlər yalandrı. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə fikirim olsaydı, açıqlayardım".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər