Daha bir partiya seçkiyə qatıldı
Tarix: 26-12-2019 17:43 | Bölmə: Siyasət
Daha bir partiya seçkiyə qatıldı

MSK bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanı qeydə alıb.

Reyting.az xəbər verir ki, bu, Vətəndaş və İnkişaf Partiyası (VİP) olub.

Bununla da seçkidə iştirak edəcək partiyaların  sayı 20-yə çatıb.

Xatırladaq ki, VİP-dən əvvəl  bu partiyalar qeydə alınıblar:

Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının səlahiyyətli, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyası.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər