16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Türkiyə Liviyaya qoşun və türkmən üsyançıları göndərir - Foto
Tarix: 27-12-2019 16:45 | Bölmə: Siyasət
Türkiyə Liviyaya qoşun və türkmən üsyançıları göndərir

Türkiyə beynəlxalq səviyyədə tanınan Liviya hökumətini dəstəkləmək üçün piyada qoşun və dəniz qüvvələrini Şimali Afrikada yerləşdirməyə hazırlaşır.

Reyting.az
“Bloomberg”-ə istinadla xəbər verir ki, Ankara müttəfiq Suriya üsyançılarını da onlara əlavə etməklə, general Xəlifə Həftərin “Liviya Milli Ordusu”nu məğlub etməyi düşünür.

Anonim qalmaq istəmiş yüksək səviyyəli bir səlahiyyətlinin sözlərinə görə, Baş nazir Fəyyaz Sərrac qüvvələrinə təlim keçən və onları koordinasiya etməklə yanaşı, Türkiyə paytaxt Tripolini qorumaq üçün öz Hərbi Dəniz Qüvvələrini bu ölkəyə göndərməyi hədəfləyir.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə hər iki ölkənin enerji maraqlarına xidmət edən, milyardlarla dollarlıq neft və dəniz müqavilələri imzalayıb.

Türkiyə Liviyaya qoşun və türkmən üsyançıları göndərir

Eyni zamanda, Suriyanın şimalında Türkiyə ilə birlikdə vuruşan etnik türkmən üsyançı qruplarının dərhal Tripoliyə göndərilməsi və Milli Birlik Hökumətini gücləndirəcəyi gözlənilir.

Bunu Liviyadakı ikinci bir səlahiyyətli təsdiqləyib.

Hər iki şəxs məsələnin həssaslığına görə adlarının çəkilməməsini istəyib.

Liviya hökuməti əvvəlcə bu ideyaya müqavimət göstərib, lakin sonda, Həftər qüvvələri Tripolidə irəliləməyə başladığı üçün təklifi qəbul edib.

Misir və Birləşmiş Ərəb Əmirliklərinin Həftərə kömək etməsi və Türkiyənin münaqişədə daha yaxından iştirak etməsi Qəddafinin devrilməsindən bəri ölkəni bürüyən qarışıqlıqları aradan qaldırmaq üçün beynəlxalq səyləri çətinləşdirə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}