YAP Ramiz Mehdiyevin kürəkəninə şans vermədi - Foto
Tarix: 27-12-2019 22:30 | Bölmə: Siyasət
YAP Ramiz Mehdiyevin kürəkəninə şans vermədi

Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkiləri üçün öz namizədlərini açıqlayıb. Hakim partiya əvvəlki tərkibdən fərqli olaraq, bu dəfə xeyli sayda YAP-çı deputatı parlamentdə təmsil olunmağa layiq görməyib.

Reyting.az
xəbər verir ki, YAP-ın hazırki deputatlığa namizədlər siyahısından kənarda qalanlardan biri də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, 56 saylı Xaçmaz seçki dairəsinin deputatı İlham Əliyevdir. YAP həmin seçki dairəsindən Kənan Mərdanovun namizədliyini irəli sürüb.

YAP Ramiz Mehdiyevin kürəkəninə şans vermədi

Qeyd edək ki, İ. Əliyev bir müddət əvvəl KİV-lərə açıqlamasında deputatlığa namizəd olmaq üçün YAP-ın qərarını gözlədiyini bildirmişdi. O, hakim partiyanın razılığa olmadan parlamet seçkilərinə qatılmaq fikrində olmadığını demişdi. YAP-ın qərarından belə çıxır ki, R. Mehdiyevin kürəkəni bu dəfə parlametdə təmsil olunmaq şansını itirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}