17 siyasi partiyanın cəmi 293 namizədi var - 56 nəfər isə geri çəkilib
Tarix: 28-12-2019 16:24 | Bölmə: Siyasət
17 siyasi partiyanın cəmi 293 namizədi var - 56 nəfər isə geri çəkilib

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən1611 nəfrdən 56 nəfəri seçkidə iştirakını dayandırıb.

Reyting.az
 xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

MSK sədrinin sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər