Nazir Azərbaycanın növbəti il üçün prioritetlərini açıqlayıb
Tarix: 30-12-2019 12:13 | Bölmə: Siyasət
Nazir Azərbaycanın növbəti il üçün prioritetlərini açıqlayıb

Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarına uyğun olaraq dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilir və xarici siyasət prioritetlərimiz dəyişilməz qalır.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağlı bir sıra KİV-ə müsahibəsində növbəti il üzrə Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, buraya ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin davam etdirilməsi və daha da genişləndirilməsi, beynəlxalq münasibətlərdə fəal şəkildə iştirak etmək, beynəlxalq sülh və təhlükəsizliyə, inkişafa, tərəqqiyə töhfə verən təşəbbüslərdə iştirak etmək, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə təşviq edilməsi və digər məsələlər daxildir: “Hər bir prioritet istiqamətə uyğun olaraq il ərzində həyata keçiriləcək konkret tədbirlərə gəldikdə isə, burada ənənəvi şəkildə atılan addımlara əlavə olaraq, ölkəmizin dörd beynəlxalq - regional təşkilat çərçivəsində (Qoşulmama Hərəkatı, TRACECA, Türk Şurası, GUAM) gələn il ərzində sədrliyi vəzifələrindən irəli gələn məsələlərin həyata keçirilməsinə də diqqət ayrılacaq. Azərbaycanın maraqlarının diplomatik nümayəndəliklərimizin birbaşa iştirakı ilə ikitərəfli və çoxtərəfli müstəvilərdə fəal şəkildə təşviq olunması davam etdiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}