Keçmiş deputat bu gün yenidən deputatlığa namizəd ola bilər
Tarix: 02-01-2020 12:46 | Bölmə: Siyasət
Keçmiş deputat bu gün yenidən deputatlığa namizəd ola bilər

“Prezident İlham Əliyevin fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərinin azad, ədalətli, demokratik və şəffaf keçiriləcəyi barədə fikirlərini, deputatın yaşadığı dairədən olmasının vacibliyini və üstünlüklərini xüsusi qeyd etməsinə yerlərdə necə əməl edildiyini bu gün ilk mərhələdəcə görəcəyik”.

Reyting.az
xəbər verir ki, bunu 43 saylı Sumqayıt şəhər 3-cü Seçki Dairəsindən deputatlığa namizəd İkran İsrafil bildirib.

Onun sözlərinə görə, namizəd kimi qeydiyyata alınması ilə bağlı imza vərəqələrini və tələb olunan bütün sənədlər yaşadığı, bundan əvvəl bir dəfə millət vəkili seçildiyi Sumqayıtdakı 43 saylı Dairə Seçki Komissiyasına təqdim edib.

Müsavat Partiyasının üzvü kimi növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gələn İkram İsrafil deyib ki, bu gün onun deputatlığa namizədliyinin təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}