MSK: "19 siyasi partiya 461 nəfərin namizədliyini irəli sürüb"
Tarix: 04-01-2020 15:45 | Bölmə: Siyasət
MSK: "19 siyasi partiya 461 nəfərin namizədliyini irəli sürüb"

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2066 nəfər müraciət edib.

Reyting.az
-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M. Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2 min 66 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini artıq götürüb, 580 nəfəri qaytarıb, 285 nəfər isə qeydə alınıb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər