Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub - Generalın öldürülməsi ilə bağlı
Tarix: 04-01-2020 19:35 | Bölmə: Siyasət
Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub - Generalın öldürülməsi ilə bağlı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. E.Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər