Qasım Süleymaninin qızından prezidentə sual: "Atamın intiqamını kim alacaq?"
Tarix: 04-01-2020 23:26 | Bölmə: Siyasət
Qasım Süleymaninin qızından prezidentə sual: "Atamın intiqamını kim alacaq?"

ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin qızı evlərinə başsağlığına gələn İran prezidenti Həsən Ruhaniyə “Atamın intiqamını kim alacaq?” sualını verib.

Reyting.az
xəbər verir ki, son iki gündə Qasım Süleymaninin evini yüzlərlə tanınmış insan ziyarət edərək ailəsinə başsağlığı verib.

Generalın evinə gələnlərdən biri də prezident Həsən Ruhani olub. İranın dövlət televiziyası bu ziyarəti canlı yayımlayıb. Ziyarət zamanı Qasım Süleymaninin qızı olduğu, amma adı çəkilməyən gənc xanım Həsən Ruhaninin “Allah sizə səbr versin, bunun əvəzini çıxacağıq”,- sözünə qarşılıq olaraq “Atamın intiqamını kim alacaq?” - sualını verib.

Prezident Ruhani buna cavab olaraq “Alacağıq, hər birinin intiqamını alacağıq, narahat olmayın”, - cavabını verib.

Qeyd edək ki, ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin iki qızı, iki oğlu var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər