458 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Tarix: 06-01-2020 16:56 | Bölmə: Siyasət
458 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 463 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2017 nəfəri isə imza vərəqələrini artıq götürüb, 774 nəfəri qaytarıb, 458 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}