557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri
Tarix: 07-01-2020 17:16 | Bölmə: Siyasət
557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib.

Reyting.az
-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M. Pənahov bildirib ki, müraciət edən şəxslərdən 2075 nəfər imza vərəqələrini götürüb: “874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin isə deputatlığa namizədliyi isə qeydə alınıb”.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər