İran ABŞ-ın hərbi bazasına raket zərbələri endirib
Tarix: 08-01-2020 08:26 | Bölmə: Siyasət
İran ABŞ-ın hərbi bazasına raket zərbələri endirib

İran ABŞ əsgərlərinin yerləşdiyi İraqdakı Ayn əl-Əsəd hərbi bazasına 9 raket zərbəsi endirib.

Reyting.az
xəbəri verir ki, İran İnqilab Keşikçiləri bu zərbələrin onlar tərəfindən endirildiyini təsdiqləyiblər.

Bildirilir ki, ABŞ ordularının yerləşdiyi hər hansı ölkədən cavab zərbəsi olarsa, İran həmin ölkəni də vuracaq.

Pentaqon ABŞ prezidentini məsələ ilə bağlı məlumatlandırdığını bildirib: “Hazırda təkcə Ayn əl-Əsəd deyil, İraqdakı bütün amerikan hərbi bazalarına hücum edilir”.

Ölü və yaralılar haqqında hələlik heç bir məlumat verilməyib.

Qeyd edək ki, yeni ilin ilk günlərində İran İnqilab Keşikçilərinin “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymani ABŞ tərəfindən Bağdadda öldürülüb və zərbələr onun qisasını almaq məqsədi ilə endirilir.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}