16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Britaniyadan İrana çağırış: "Bu məsuliyyətsiz və təhlükəli hücumları bir daha təkrarlamayın"
Tarix: 08-01-2020 12:20 | Bölmə: Siyasət
Britaniyadan İrana çağırış: "Bu məsuliyyətsiz və təhlükəli hücumları bir daha təkrarlamayın"

Böyük Britaniya İranın İraqdakı hərbi bazalara hücumunu pisləyib.

Bu barədə Xarici İşlər naziri Dominik Raabın verdiyi bəyanatda bildirilib.

"Biz Britaniya hərbi qüvvələrinin də daxil olduğu koalisiya qüvvələrinə ev sahibliyi edən İraq hərbi bazalarına edilən bu hücumu pisləyir və ballistik raketlərin istifadəsi və itkilərlə bağlı xəbərlərdən narahatlığımızı ifadə edirik. İranı bu məsuliyyətsiz və təhlükəli hücumları bir daha təkrar etməməyə və bunun əvəzinə de-esklasiya prosesinə başlamağa çağırırıq.

Yaxın Şərqdə müharibə yalnız İŞİD və digər terrorçu qruplaşmalara fayda verə bilər",
- deyə Dominik Raabın bəyanatında vurğulanır.

Xatırladaq ki, yanvarın 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqdakı iki hərbi bazaya 22 raket zərbəsi endirib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}