Tramp "Qasım Süleymani daha əvvəldən öldürülməli idi" dedi, İrana "barışıq mesajı" verdi: "Biz sülh istəyirik..."
Tarix: 08-01-2020 22:55 | Bölmə: Siyasət
Tramp "Qasım Süleymani daha əvvəldən öldürülməli idi" dedi, İrana "barışıq mesajı" verdi:  "Biz sülh istəyirik..."

ABŞ prezidenti Donald Tramp bu gün İranın Amerika hərbi bazalarına ötən axşam endirdiyi 35 raket zərbəsi ilə bağlı açıqlama verib.

Reyting.az
 xəbər verir ki, Trampın çıxışı dünyanın əksər media quruluşlarında canlı yayımlanıb.

Tramp milyonların qarşısında bildirib ki, İranın axşamkı raket zərbələrindən ABŞ minimal zərər görüb: "2 hərbi bazamıza, sadəcə, yüngül zərər dəyib. Nə Amerika, nə də İraqdan heç bir itki olmayıb. Çünki hərbçilərimiz əvvəlcədən xəbərdarlıq almışdılar".

Tramp daha sonra öldürülən general Qasım Süleymanidən danışıb, onu müharibə cinayətlərindən suçlu saydıqlarını deyib: "Süleymani ən pis savaş cinayətlərinə cavabdeh idi. O, daha əvvəldən öldürülməli idi. Biz onu ortadan qaldırmaqla, terrorçulara çox açıq mesaj verdik. Süleymani yeni hücum planlayırdı. Onu durdurduq".

Tramp bildirib ki, o, ABŞ prezidenti olduğu müddətdə, İran heç vaxt nüvə dövləti olmayacaq: "İran nüvə razılamasını pozurdu. Yenə deyirəm: İranla yeni anlaşma əldə edilməli, dünya daha barışcıl olmalıdır. Biz sülh istəyirik. İran xalqının  bunu bilməsi lazımdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}