Qarabağa səfər edən isveçrəli kosmonavtın adı "qara siyahı"dan çıxarıldı
Tarix: 09-01-2020 11:19 | Bölmə: Siyasət
Qarabağa səfər edən isveçrəli kosmonavtın adı "qara siyahı"dan çıxarıldı

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, məktubunda Klod Nikolye Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}