MSK sədri deputatlığa namizədləri imzatoplama zamanı diqqətli olmağa çağırıb
Tarix: 09-01-2020 16:40 | Bölmə: Siyasət
MSK sədri deputatlığa namizədləri imzatoplama zamanı diqqətli olmağa çağırıb

"Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və səsləri qanunvericiliyin tələbinə uyğun toplamalıdır".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imza toplanılmasında iştirak edə bilməz:

“Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər