12:15 / 07-09-2025
Sabah yağış yağacaq
09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri
Tarix: 09-01-2020 17:37 | Bölmə: Siyasət
689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2193 nəfəri imza vərəqələrini artıq götürüb, 1255 nəfər imza vərəqələrini qaytarıb, 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub