12:15 / 07-09-2025
Sabah yağış yağacaq
09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Tramp: "Süleymani səfirliyimizi partlatmaq istəyirdi, biz əsl bədheybəti tutduq"
Tarix: 09-01-2020 21:58 | Bölmə: Siyasət
Tramp: "Süleymani səfirliyimizi partlatmaq istəyirdi, biz əsl bədheybəti tutduq"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") "Qüds" qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı.

TASS xəbər verir ki, ABŞ prezidenti belə iddia ilə Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən çıxış edib.

"Belə deyəcəm - biz əsl bədheybəti tutduq. Biz onu zərərsizləşdirdik. Bu çoxdan çox olmalı idi. Biz bunu etdik, çünki onlar bizim səfirliyimizi partlatmaq istəyirdilər", - dövlət başçısı deyib.

O, söhbətin ABŞ-ın məhz hansı diplomatik nümayəndəliyindən getdiyini açıqlamayıb/Report.




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub