Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə imkanları məhdudlaşdırılıb – Qətnamə
Tarix: 10-01-2020 08:58 | Bölmə: Siyasət
Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə imkanları məhdudlaşdırılıb

ABŞ Nümayəndələr Palatası qanunvericilərin müvafiq icazəsi olmadan prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə imkanlarını məhdudlaşdıran qətnaməni təsdiqləyib.

“TASS” agentliyi xəbər verir ki, qətnamə “ABŞ-a silahlı hücum” baş vermədiyi müddətcə və ya ABŞ administrasiyası Konqresdən icazə alana qədər İrana qarşı və ya onun ərazisində hərbi əməliyyatlara başlamağa icazə vermir.

Bənzər qətnamə respublikaçıların nəzarətində olan Senata təqdim edilib. Qətnamənin yuxarı palata tərəfindən də qəbul ediləcəyi istisna olunmur.

ABŞ Nümayəndələr Palatasının qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli məlumat verib.

O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ prezidentinin addımları dünyanı daha təhlükəsiz bir yerə çevirir.

Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək səhv adlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər