Deputatlığa namizədin qeydə alınması: sənədlərin DSK-ya təqdim edilmə müddəti başa çatıb
Tarix: 10-01-2020 18:22 | Bölmə: Siyasət
Deputatlığa namizədin qeydə alınması:  sənədlərin DSK-ya təqdim edilmə müddəti başa çatıb

Bu gün - yanvarın 10-u saat 18:00-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

“Report” xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.

Yəni bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər